Daha 117 vəkilliyə namizəd icbari təlimə buraxılıb - SİYAHI

Daha 117 vəkilliyə namizəd icbari təlimə buraxılıb - SİYAHI

Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 23.02.2021-27.04.2021-ci il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.

Bu barədə GünAz.az -a Vəkillər Kollegiyasından məlumat verilib.

 

İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 117 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. 03.05.2021-ci il tarixdə saat 09:00-da başlayacaq icbari təlim ZOOM proqramı vasitəsilə distant formada keçiriləcək. İcbari təlimdə iştirak edəcək namizədlərə əlavə məlumat veriləcək.

скачать dle 12.1
Geri qayıt