Fransa qondarma “DQR”i TANIMADI

Fransa qondarma “DQR”i TANIMADI

Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımadığını bəyan edib.

GunAz.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

"Noyabrın 25-də Senat Fransa hökumətini öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl aparılan müzakirələr zamanı Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan məsələ ilə bağlı Fransa hökumətinin mövqeyini xatırladıb - Fransa öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımır", - bəyanatda vurğulanır.


скачать dle 12.1
Geri qayıt