İlham Əliyevdən Çavuşoğluna: Bu, qardaşlığımızın təzahürüdür
Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.
GunAz.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirib.
"Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə - onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir", - İ.Əliyev qeyd edib.