Buna sərf olunan vaxt 2 dəfə azalacaq - Nazir müavini
Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlanılması planlaşdırılır.
GunAz.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilən müşavirədə bildirib.
"Düşünürəm ki, gələn il həmin körpünün inşası başa çatacaq. 2021-ci ildə həmçinin Bakıdan Rusiya sərhədinə qədər magistral avtomobil yolunun inşası başa çatsa, ölkəmizin ərazisi ilə yük avtomobillərinin keçidinə sərf olunan vaxt 2 dəfə azalacaq. Bununla da, Azərbaycan müxtəlif istiqamətlərdə avtomobillərin hərəkəti üçün əlverişli şərait yaratmış ölkə olacaq", - nazir müavini qeyd edib.