“SSRİ dağıldı, indi isə Rusiya...” – Pompeodan şok iddia

“SSRİ dağıldı, indi isə Rusiya...” – Pompeodan şok iddia

"NATO ölkələri Rusiyadan gələn böyük bir kiber təhlükəni qarşılaşmağa hazır olmalıdır”.

Bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

Pompeo Rusiyanın SSRİ qədər təhlükəli olduğunu bildirib: "Sovet İttifaqı ilə mübarizə üçün NATO yaradıldı. Sovet İttifaqı dağıldı, amma Rusiya qalır. Rusiyadan gələn təhdidin xarakteri də dəyişib, indi kiber sferada çox böyük bir gücə sahibdir. NATO-nun bu problemlə üzləşməyə hazır olduğundan əmin olmalıyıq”.

Dövlət katibi Rusiya ilə yanaşı, Çinin də müttəfiqlər üçün ciddi problemlər yaratdığını vurğulayıb:

"NATO üçün Çin də böyük bir təhlükədir, NATO sistemləri, rabitə kanalları və texnologiyalarına gizli şəkildə hücum etməyə çalışır. NATO bu hücumlara hazır olmalıdır”.

GunAz.az

N.SAFURA

скачать dle 12.1
Geri qayıt