Parlament buraxılır- YAP-ın MÜRACİƏTİ

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.
Mətbuat konfransı YAP-ın Siyasi Şurasının bugünkü iclasına həsr olunub.
***
Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilib.
Həmin iclasda və YAP Siyasi Şurası iclasında müzakirə olunan məsələlərlə bağlı yaxın dəqiqələrdə başlayacaq mətbuat konfransında məlumat veriləcək.
***
Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilir.
İclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır. Onlara YAP Siyasi Şurasının qərarı elan olunur.
Qeyd edək ki, bu gün YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur.