Tramp Ruhani ilə görüşə razılıq verib

Tramp Ruhani ilə görüşə razılıq verib

ABŞ Prezidenti Donald Tramp sentyabrın sonunda BMT Baş Məclisin ümumi müzakirəsi çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşə razılıq verib.

GunAz.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Vaşinqton Administrasiyasının rəhbəri məlumat verib.

BMT Baş Məclisinin iclasında Ruhani ilə mümkün bir görüş barədə suala cavabında Trump vurulayıb ki, hər şey mümkündür: "İran rəsmiləri danışmaq istəyirlər. Razılaşmaq istəyirlər".

Trampdan ABŞ Administrasiyasının İrana qarşı tətbiq etdiyi sanksiyalar barədə sözügedən trarixdə iki prezident arasında danışıqlar zamanı hər hansı bir şərtin olub-olmadığı soruşulub. ABŞ prezidenti qısa cavab verib: "Görək, nə baş verir".

“Biz İranda rejim dəyişikliyini istəmirik. Onların böyük potensialı var və düşünürəm ki, bundan faydalanmaq istəyəcəklər" - deyə, Tramp əlavə edib.

скачать dle 12.1
Geri qayıt