Elmar Məmmədyarov Moskvada MDB-nin XİN Şurasının iclasında iştirak edəcək

Elmar Məmmədyarov Moskvada MDB-nin XİN Şurasının iclasında iştirak edəcək

Aprelin 5-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

скачать dle 12.1
Geri qayıt