Nazir onu Təhsil şöbəsinin müdiri təyin etdi
Şamaxı rayon Təhsil şöbəsinə yeni müdir təyinatı olub.
Report xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Namiq Rzaxan oğlu Nağıyev təyin edilib.
Qeyd edək ki, N.Nağıyev bu təyinatadək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) direktor müavini vəzifəsində çalışıb.