Millət vəkillərinin tətili başa çatır

Millət vəkillərinin tətili başa çatır

Millət vəkillərinin qısa qış tətili başa çatır.

GunAz.az-ın xəbərinə görə, ötən ilin dekabr ayının 28-dən qış tətilinə çıxan deputatların tətili, məzuniyyəti sabah, yanvarın 15-də başa çatır.

Parlamentin Daxili Nizamnaməsinə və iş reqlamentinə görə, yanvarın 16-dan etibarən Milli Məclisin qarşıdan gələn növbəti yaz sessiyası ilə bağlı komitə iclasları öz işinə başlayır.

Hələlik hansı komitənin ilk olaraq, iclas keçirəcəyi dəqiqləşməsə də, iclalara, əsasən, ayın 21-dən başlanılacaq.

Yaz sessiyasına fevralın 1-də ilk açılış-plenar iclasla start veriləcək.

скачать dle 12.1
Geri qayıt