Prezident Dövlət Himninin musiqisi və mətnini təsdiqləyib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətninin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb.
GunAz.az xəbər verir ki, musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilib.
Dövlət başçısı həmçinin Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb.