Elmar Məmmədyarov Bolqarıstana getdi

Elmar Məmmədyarov Bolqarıstana getdi

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyaya rəsmi səfərə yola düşüb.

Nazirlikdən GunAz.az-a verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan Respublikasının Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.

скачать dle 12.1
Geri qayıt