Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.

Məclis Aparatından GunAz.az-a verilən məlumata görə, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə keçiriləcək iclasında bir sıra aktual məsələlər müzakirə olunacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.

скачать dle 12.1
Geri qayıt