Ərdoğan ilk səfərini bu ölkələrə edəcək

Ərdoğan ilk səfərini bu ölkələrə edəcək

Türkiyədə keçirilmiş prezident seçkilərində qələbə qazanan Rəcəb Tayyib Ərdoğan ilk səfərlərini Şimali Kiprə və Azərbaycana edəcək.

GunAz.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, dəqiq tarixi açıqlanmasa da, səfərin inauqurasiya mərasimindən sonra baş tutacağı bildirilir. 

Ərdoğan ilk olaraq Şimali Kiprə, oradan isə Bakıya səfər edəcək.  

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Onun inauqurasiyası iyulun 8-də baş tutacaq.

скачать dle 12.1
Geri qayıt