Milli Məclisin 2 xanım deputatı vitse-prezident seçildi

Milli Məclisin 2 xanım deputatı vitse-prezident seçildi

Bu gün AŞPA-nın Azad Demokratlar Qrupunun iclası keçirilib.

Gunaz.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva ADQ-nun vitse-prezidentləri seçiliblər.

Ümumilikdə, 5 nəfər qrupun vitse-prezidenti olub.

Qənirə Paşayeva və Ülviyyə Ağayevanın vitse-prezidentliyə namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib.

Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.   

скачать dle 12.1
Geri qayıt