Səməd Seyidov: "AŞPA-nın islahatlara ehtiyacı var"
Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tiblisi-Qars dəmiryolu kimi layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilib. Bu proyektləri hökumətin dəstəyi olmadan edə bilmərik. Mənim ölkəm haqqında tənqidlər olur. Siz anlamalısınız ki, Azərbaycanda hazırda burda göstərilməyə çalışılandan fərqli vəziyyət var.
Gunaz.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında Azərbaycanda prezident seçkiləri ilə bağlı AŞPA müşahidə missiyasının hesabatının müzakirəsi zamanı deyib.
"Biz çox güclü, müstəqil dövlətik və demokratiya yolunda irəliləməkdə qərarlıyıq. Bizim bir- birimizi eşitməyə ehtiyacımız var. Bu dediklərim Azərbaycanı anlamaq üçün bir imkandır. AŞPA-nın özünün islahatlara ehtiyacı var", - S.Seyidov bildirib.