İlham Əliyev 3 sərəncam imzaladı

İlham Əliyev 3 sərəncam imzaladı

Prezident İlham Əliyev F.A.Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Gunaz.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə və Azərbaycanda sərgilərin təşkilində xidmətlərinə görə Fərid Adil oğlu Məmmədov “Tərəqqi” medalı ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Vud Endryu Marli “Dostluq” ordeni ilə təltif edilsin.

***

Prezident İlham Əliyev Strahan Edvard Corc Dankanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Strahan Edvard Corc Dankan “Dostluq” ordeni ilə təltif edilsin”.

скачать dle 12.1
Geri qayıt