Prezident Cümhuriyyətin abidəsini ziyarət etdi (FOTOLAR)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.
Gunaz.az xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.