Abdullah Gül Ərdoğanın rəqibi olur? - Son qərar AÇIQLANDI
Türkiyənin 11-ci prezidenti Abdullah Gül prezidentliyə namizədliklə bağlı qərarını açıqlayıb.
Gunaz.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, sabiq prezidenti 24 iyunda keçirilən seçkilərdə prezidentliyə namizəd olmayacağını ifadə edib.
“Əhatəli bir razılaşma olmadığı üçün namizədliyimlə əlaqədar bir məsələ artıq müzakirə mövzusu deyil”, - o bildirib.
Qeyd edək ki, siyasi kuliarlarda Abdullah Gülün müxalifətin vahid namizədi olacağı barədə iddialar ortaya atılmışdı. Bu hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası tərəfindən etirazla qarşılanmışdı.