Küveyt əmiri İlham Əliyevi təbrik etdi

Küveyt əmiri İlham Əliyevi təbrik etdi
Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Gunaz.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli cənab Prezident. Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu fürsətdən istifadə edərək, Küveyt Dövləti və Azərbaycan Respublikasını bir-birinə bağlayan tarixi əlaqələrdən məmnunluğumuzu bildirir və birgə səylərimizlə bu əlaqələri dost ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək əzmində olduğumuzu bir daha vurğulayırıq. Zati-alinizə cansağlığı və uğurlar, dost Azərbaycan Respublikasına və xalqına davamlı tərəqqi arzulayır, həmçinin dost ölkələrimiz arasındakı sıx əlaqələrin daha da inkişaf etməsini diləyirəm. Zati-aliləri, böyük hörmət və ehtiramımı qəbul edin”.

скачать dle 12.1
Geri qayıt