AŞPA Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

AŞPA Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
Avropa Şurasının Parlament Assambleyasının heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

Gunaz.az xəbər verir ki, AŞPA bu barədə açıqlama verib.

Açıqlamaya əsasən, AŞPA-nın müşahidə missiyası 33 nəfərdən ibarətdir. Heyətə rumın deputat Viorel Rişard Badea sədrlik edəcək.
 
AŞPA müşahidə missiyası aprelin 11-də keçiriləcək səsvermə günündən öncə namizədlər və ya onların nümayəndələri, siyasi partiya liderləri, Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşməyi, həmçinin vətəndaş cəmiyyəti üzvləri və media ilə dəyirmi masa keçirməyi planlaşdırır.

Məlumata əsasən Venesiya Komissiyasının üzvü də səfər zamanı nümayəndə heyətinin tərkibində olacaq.
 
Müşahidəçilər ilkin rəylərini aprelin 12-də keçiləcək birgə mətbuat konfransında açıqlayacaqlar.

скачать dle 12.1
Geri qayıt