Gürcüstanın müdafiə naziri Bakıya gəlir

Gürcüstanın müdafiə naziri Bakıya gəlir
Martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə Gunaz.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 10-dək davam edəcək.

скачать dle 12.1
Geri qayıt