Vatikanın dövlət katibi Azərbaycana gələcək

Vatikanın dövlət katibi Azərbaycana gələcək
Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi Arxiyepiskop Paul Riçard Gallagher fevralın 9-12-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a bildiriblər ki, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyabana və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik kilsəsinə, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır.

скачать dle 12.1
Geri qayıt