ATƏT -in yeni sədri: "Diqqətimiz münaqişələrə yönələcək"
“İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək”.
Gunaz.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib.
"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək", - deyən XİN rəhbəri qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.
Xatırladaq ki, İtaliya ATƏT-ə bu il yanvarın 1-dən sədrlik edir.