Azərbaycanda bu ölkənin səfirliyi açılır

Azərbaycanda bu ölkənin səfirliyi açılır
Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq.
XİN-in mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü olacaq.
Eyni zamanda Kosta Rika Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.
скачать dle 12.1
Geri qayıt