Prezident onlara orden verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadı Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Cəfər oğlu Qasımlı “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayev isə “İstiqlal” ordeni ilə təltif edilib.
Gunaz.az