İranlı nazirin Bakıya gələcəyi tarix AÇIQLANDI

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian Azərbaycana səfər edəcək.
Gunaz.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətindən verilən məlumata görə, nazir oktyabrın 23-24-də Bakıda səfərdə olacaq.