Prezidentdən "Güzəştli mənzil" sistemi ilə bağlı SƏRƏNCAM

Prezidentdən "Güzəştli mənzil" sistemi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663, № 11, maddə 1820; 2017, № 5, maddə 820) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.6-1-ci yarımbənd əlavə edilsin:

“3.0.6-1. “Güzəştli mənzil” sisteminin fəaliyyətinin təşkilini və inkişafını təmin edir;”.

2. Həmin Fərmanla təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.2.3-1-ci yarımbənd əlavə edilsin:

“2.2.3-1. “Güzəştli mənzil” sisteminin fəaliyyətini təmin edir;”.

скачать dle 12.1
Geri qayıt