İlham Əliyevdən yeni prezidentə təbrik

İlham Əliyevdən yeni prezidentə təbrik
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.

GUNAZ.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
скачать dle 12.1
Geri qayıt