İlkin vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq
"Bu yaxınlarda özünəməşğulluq proqramına start veriləcək". GUNAZ.azxəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham ƏliyevNazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, bu məqsədlə ilkin vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq. İlkin mərhələdə 5-10 min ailənin bu proqramdan yararlanması üçün tədbirlər görülüb. Dövlət başçısı bu hədəfə nail olunmaqla işsizliyin aradan qaldırılacağını, bununla da ünvanlı sosial yardıma ehtiyacın qalmayacağını bildirib.