Azərbaycan–Slovakiya əməkdaşlığında yeni mərhələ
Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı illərdə əlaqələrin hüquqi və institusional bazası ardıcıl şəkildə möhkəmləndirilib. Qarşılıqlı diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və humanitar əlaqələrin inkişafına mühüm töhfə verib.
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Səfər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə, eyni zamanda regionda sabitliyin möhkəmləndirilməsinə, investisiya imkanlarının artırılmasına və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə xidmət edir.
Səfər çərçivəsində Qarabağın mədəni paytaxtı Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış edərək ikitərəfli münasibətlərin perspektivlərini yüksək qiymətləndiriblər.
Səfərin ən diqqətçəkən məqamlarından biri Qarabağın beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinin bir daha təsdiqlənməsi oldu. Slovakiya şirkətlərinin Ağdam rayonunda həyata keçirilən "Ağıllı kənd" layihəsində iştirakı, həmçinin Milan Rastislav Ştefanik adına məktəbin təməlinin qoyulması Avropa İttifaqına üzv ölkələrin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına artan marağını nümayiş etdirir. Bu, postmünaqişə dövründə Qarabağın beynəlxalq investisiyalar üçün cəlbedici iqtisadi məkana çevrildiyini göstərən mühüm göstəricidir.
Azərbaycan–Slovakiya Biznes Forumunda sənaye, rəqəmsallaşma, logistika, kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunması isə iqtisadi tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi. Burada əsas məqsəd təkcə ticarət dövriyyəsinin artırılması deyil, həm də birgə istehsalın təşkili, investisiyaların cəlb olunması və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi idi.
Prezident İlham Əliyevin mətbuata bəyanatında xüsusi vurğuladığı məqamlardan biri də Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə gəlməməsi oldu. Dövlət başçısı qeyd etdi ki, Peter Pelleqrini əvvəlki vəzifələrində – Slovakiya parlamentinin sədri, Baş nazir və hazırda Prezident kimi dəfələrlə Azərbaycana səfər edib. Bu ardıcıl təmaslar Azərbaycan–Slovakiya münasibətlərinin davamlı, etimada əsaslanan və strateji xarakter daşıdığını təsdiqləyir.
Bu gün Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və ortaq maraqlar üzərində inkişaf edir. Bakı ilə Bratislava arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və Qarabağın bərpası prosesində əməkdaşlığın dərinləşməsi göstərir ki, iki ölkə arasında tərəfdaşlıq gələcəkdə də yeni məzmun qazanacaq. Bu münasibətlər yalnız iki dövlətin deyil, həm də regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Türkanə MÜBARİZ