Azərbaycan bu ölkə ilə viza rejimi ləğv edir?

Azərbaycan bu ölkə ilə viza rejimi ləğv edir?
Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir.
GunAz.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Vüqar Bayramov Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.
Onun sözlərinə görə, Malayziyada keçirilən görüşlər zamanı iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub:
“Malayziyanın böyük turizm potensialı var. Hazırda Malayziya vətəndaşlarının Azərbaycana səfəri üçün viza tələb olunur. Bununla bağlı müzakirələr aparılıb və hesab edirəm ki, yaxın aylarda vizasız rejimə keçid mümkün olacaq. Çünki Xarici İşlər Nazirliyi tərəfindən artıq müvafiq memorandum təqdim edilib”.
Deputat qeyd edib ki, Asiya ölkələrindən turist axınının artırılması üçün vizaların sadələşdirilməsi ilə yanaşı, birbaşa aviareyslərin sayının artırılması da vacibdir:
“Adətən Asiya ölkələrindən olan turistlər birbaşa uçuşların mövcud olduğu istiqamətləri seçirlər. Buna görə də birbaşa reyslərin açılması Azərbaycanın turizm potensialının artırılmasına mühüm töhfə verə bilər”.
скачать dle 12.1
Geri qayıt