Ceyhun Bayramovdan delimitasiya prosesi ilə bağlı AÇIQLAMA

Ceyhun Bayramovdan delimitasiya prosesi ilə bağlı AÇIQLAMA
"Delimitasiya və demarkasiya ilə bağlı Azərbaycan və Ermənistan arasında iş gedir”.
GunAz.az xəbər verir ki, bunu APA-nın sualına cavab olaraq, xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu istiqamətdə komissiyalar yaradılıb: “Bu iş mütəmadi davam etdirilir. Biz aparılan işin müsbət ilkin nəticələrinə şahid olmuşduq, 13 km-ə yaxın dövlət sərhəd xətti delimitasiya edilib".
Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, esklav kənd məsələləri öz həllini tapacaq”.
скачать dle 12.1
Geri qayıt