Böyük ümidlərə yol açan QAYIDIŞ

Böyük ümidlərə yol açan QAYIDIŞ
Milli Qurtuluş – Azərbaycanın Dövlətçilik Salnaməsində Yeni Mərhələ Azərbaycan xalqının çoxəsrlik tarixində elə taleyüklü məqamlar vardır ki, həmin hadisələr ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə tarixlərdəndir. 
Bu gün yalnız siyasi hadisənin ildönümü deyil, həm də Azərbaycan dövlətçiliyinin qorunmasının, sabitliyin bərpasının və milli həmrəyliyin təntənəsinin rəmzidir. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ciddi sınaqlarla üzləşmişdi. Ölkədə hökm sürən siyasi gərginlik, iqtisadi çətinliklər və idarəetmədə yaranmış problemlər dövlət müstəqilliyini təhlükə altına salmışdı. 
Belə mürəkkəb şəraitdə xalqın iradəsi və tələbi ilə böyük dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici rol oynadı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkədə yeni mərhələnin başlanğıcı oldu. Məhz bu tarixdən etibarən dövlətçiliyin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması, ictimai-siyasi sabitliyin bərpası və inkişaf strategiyasının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın gələcək uğurlarının təməli həmin dövrdə qoyuldu. Milli Qurtuluş Günü bir daha göstərdi ki, xalqın birlik və həmrəyliyi, dövlətə və liderə olan etimadı ən çətin sınaqlardan belə qalib çıxmağa imkan verir. Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan qısa müddətdə sabitlik əldə etdi, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutdu və davamlı inkişaf yoluna qədəm qoydu. Bu gün müasir Azərbaycan öz gücünü, nüfuzunu və uğurlarını məhz həmin möhkəm təməllər üzərində qurur. Milli Qurtuluşun ideyaları dövlətçilik düşüncəmizin ayrılmaz hissəsinə çevrilib və ölkəmizin gələcək inkişafında da mühüm rol oynamaqda davam edir. 15 İyun tarixi hər bir azərbaycanlı üçün dövlət müstəqilliyinin qorunmasının, milli birliyin və güclü liderliyin əhəmiyyətini xatırladan əlamətdar gündür. Bu gün xalqımız Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərini dərin ehtiramla yad edir və onun zəngin dövlətçilik irsini gələcək nəsillərə ötürür. 
Müəllif: Zamir Yusifov 
скачать dle 12.1
Geri qayıt