Ermənistanda seçkilərin nəticələri iyunun 14-də açıqlanacaq

Ermənistanda seçkilərin nəticələri iyunun 14-də açıqlanacaq
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.
GunAz.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Hovakimyan məlumat verib.
"Nəticələri cümə gününə qədər yenidən sayacağıq və düzəlişlər ediləcək. Bundan sonra şikayətlər və ərizələr qiymətləndiriləcək. Yekun nəticələr isə 14 iyunda açıqlanacaq", - deyə o, Ermənistan İctimai Televiziyasında bildirib.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Baş nazir Nikol Paşinyanın hakim Vətəndaş Müqaviləsi Partiyası bütün 2005 seçki məntəqəsindən səslərin 49,825%-ni toplayıb. Biznesmen Samvel Karapetyanın Güclü Ermənistan bloku 23,281%, keçmiş prezident Robert Köçəryanın Ermənistan bloku isə 9,934% səs toplayıb. Biznesmen Qagik Tsarukyanın Çiçəklənən Ermənistan partiyası isə 3,996% səs toplayıb və Ermənistan parlamentinə düşə bilməyib. Seçkilərdə iştirak 58,97% olub.
скачать dle 12.1
Geri qayıt