İran səfiri: Müctəba Xamenei sağdır və fəaliyyətini davam etdirir
İranın Rusiyadakı səfiri Kazem Cəlali ölkənin ali rəhbəri Ayətullah Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
GunAz.az xəbər verir ki, diplomat bu barədə "İzvestiya" qəzetinə müsahibəsində danışıb.
Kazem Cəlali Müctəba Xameneinin sağ və sağlam olduğunu, hazırda inzibati məsələlərlə məşğul olduğunu bildirib.
"O sağdır və sağlamdır. Biz əvvəlki rəhbərimizi itirmişdik. Mövcud olmayan bir şəxsi ölkəni idarə etmək üçün necə seçmək olar? Bu vəzifəyə namizəd ola biləcək kifayət qədər şəxslərimiz var", - səfir deyib.
Diplomat qeyd edib ki, əvvəlki ali rəhbərin vəfatından sonra İran Konstitusiyasına uyğun olaraq yaradılmış rəhbərlik şurası iki həftə ərzində ölkənin idarə olunmasını təmin edib.
Onun sözlərinə görə, Müctəba Xameneinin vəziyyəti ilə bağlı yayılan şayiələr əsassızdır və İran hakimiyyətinin qərarlarına təsir göstərə bilməz.
"Ali rəhbərimiz sağdır, sağlamdır və öz inzibati fəaliyyətini davam etdirir. Onun sağlamlığı və təhlükəsizliyi bizim üçün ən vacib məsələdir", - Kazem Cəlali vurğulayıb.Teleqraf