Rusiyanın müdafiə naziri Bakıya gələcək
Rusiyanın müdafiə naziri Andrey Belousovun Bakıya səfəri oktyabr ayında baş tutmalıdır.
GunAz.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun "Rusiya-Azərbaycan" sessiyasında çıxış edərkən bildirib.
"Rusiyanın müdafiə naziri cənab Belousov üçün açıq dəvətimiz var. Onu bu ilin oktyabr ayında Bakıya səfərə gözləyirik", - deyə diplomat bildirib.
O vurğulayıb ki, bu səfər çox mühüm və güclü bir impuls ola bilər. "Çünki bu, həssas qarşılıqlı fəaliyyət sahəsidir. Bizim burada nə dərəcədə sıx və aktiv çalışmağımızdan, təbii ki, həm münasibətlərin ümumi temperaturu, həm də ikitərəfli qarşılıqlı fəaliyyət asılıdır", - deyə səfir qeyd edib.
