Vens: ABŞ və İran razılaşmaya çox yaxındır

Vens: ABŞ və İran razılaşmaya çox yaxındır
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqton və Tehran arasında sülh razılaşmasının hələ əldə olunmadığını, lakin tərəflərin buna çox yaxın olduğunu bildirib.
GunAz.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hər iki tərəfin danışıqlar üzərində işləməyə davam etdiyini vurğulayıb.
“Biz hələ həmin mərhələdə deyilik, amma buna çox yaxınıq. Bu istiqamətdə işləməyə davam edəcəyik”, - deyə Vens bildirib.
Xatırladaq ki, daha əvvəl “Axios” portalı mənbələrə istinadən ABŞ və İran nümayəndələrinin 60 günlük atəşkəsi və İranın nüvə proqramı üzrə məsləhətləşmələrin başlanmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu layihəsi üzərində razılığa gəldiyini yazmışdı.
Nəşrin məlumatına görə, sənəd ABŞ Prezidenti Donald Trampın yekun təsdiqini gözləyir. Lakin daha sonra İranın “Tasnim” agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən memorandum mətninin hələ razılaşdırılmadığını və təsdiqlənmədiyini bildirib.
скачать dle 12.1
Geri qayıt