Putin və Ərdoğan arasında telefon danışığı oldu

Putin və Ərdoğan arasında telefon danışığı oldu
Rusiya prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
 "RİA Novosti”yə istinadən xəbər verilir ki, bu barədə Kremlin məlumatında bildirilir.
Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.
"Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə, Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt