Gözlər İrəvandakı forumda: Azərbaycan və Türkiyə təmsilçilərindən mühüm addım
Ermənistan Xarici İşlər Nazirliyinin 5-6 may tarixlərində keçiriləcək illik İrəvan Dialoqu diplomatik forumunda Azərbaycan və Türkiyədən nümayəndələr də iştirak edəcəklər.
GunAz.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.
Bildririlib ki, müzakirələrdə həmçinin vətəndaş cəmiyyətinin qarşılıqlı səfərləri çərçivəsində artıq İrəvanda olmuş Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov da iştirak edəcək:
“Digər Türkiyə və Azərbaycan ekspertləri də İrəvan forumunda iştirak edəcəklərini təsdiqləyiblər”.
