Bakıda beynəlxalq gənclər forumu keçirilir

Bakıda  beynəlxalq gənclər forumu keçirilir
Bu gün Bakıda “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumu keçirilir.
GunAz.az xəbər verir ki, forum Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutur.
Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edəcəklər.
Ümumilikdə 17 ölkədən gələn qonaqlar ölkəmizlə tanış olacaq, eləcə də öz təcrübələrini bölüşəcəklər.
Eyni zamanda, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar da forumda iştirak edəcəklər.
скачать dle 12.1
Geri qayıt