Litvanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Litvanın baş naziri  Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Şəhidlər xiyabanını ziyarət edib.
GunAz.az xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.(AZƏRTAC)
скачать dle 12.1
Geri qayıt