Müctəba Xamenei and içdi

Müctəba Xamenei and içdi
Tehranda İranın yeni ali lideri ayətullah Müctəba Xameneinin andiçmə mərasimi keçirilib. O, atası Əli Xameneinin ölümündən sonra bu vəzifəyə seçilib.
GunAz.az xəbər verir ki, mərasimin yayımını İran KİV-ləri həyata keçirir.
Paytaxt Tehranın İnqilab meydanında on minlərlə insan toplaşıb. Yürüşlər ölkənin digər şəhərlərində, Qum, Babolser, Cuybar, Rabat-Kərim, Məşhəd və bir sıra başqa yerlərdə də keçirilir.
İnqilab meydanında keçirilən mitinqdə insanlar müxtəlif şüarlar səsləndirirlər:
“Biz mübarizə aparacağıq, geri çəkilməyəcəyik və alçaldılmanı qəbul etməyəcəyik”.
İranın ali lideri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatının ilk günü iqamətgahına endirilən zərbə nəticəsində həlak olub.
Qeyd edək ki, Müctəba Xamenei şiə din xadimidir və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələri ilə tanınır. The New York Times qəzetinin yazdığına görə, Əli Xameneinin ölümündən sonra SEPAH onun oğlunun ali lider vəzifəsinə gətirilməsində israr edib.
скачать dle 12.1
Geri qayıt