Pezeşkian Rusiyadan İranın hüquqlarını beynəlxalq arenada dəstəkləməyi istəyib
İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışıqları zamanı Moskvanı Tehranın qanuni hüquqlarını beynəlxalq səviyyədə dəstəkləməyə çağırıb.
GunAz.az xəbər verir ki, bu barədə İran prezidentinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqlar zamanı Moskvanın İranın beynəlxalq arenadakı qanuni hüquqlarını müdafiə etməsinin vacibliyini vurğulayıb.
İran prezidentinin ofisinin yaydığı press-relizdə qeyd olunur ki, Pezeşkian eyni zamanda Yaxın Şərqdə son hadisələrlə bağlı narahatlıq ifadə etdiklərinə görə Rusiya hökumətinə və vətəndaşlarına təşəkkürünü bildirib.Teleqraf