Azərbaycanın dünyada mövqeyini möhkəmləndirən möhtəşəm sənəd!
Teyyub Qənioglu, Siyasi şərhçi
44 günlük Vətən Müharibəsində qazanılan misilsiz qələbə Azərbaycanımızı regionumuzun siyasi-iqtisadi, eləcə də hərbi cəhətdən lider dövlətinə çevirmişdir. Məhz bu qələbədən sonra əvvəllər Azərbaycana düşmən kəsilmiş bəzi dövlətlər ölkəmizə qarşı mövqelərini dəyişmiş, onun mənafelərini nəzərə almağa başlamışlar. Donand Tramp ikinci dəfə ABŞ Prezidenti seçildikdən sonra bu dövlətin Azərbaycana münasibətinin müsbət istiqamətdə dəyişməsi də, qeyd edilən dövlətlərinölkəmizə münasibətlərinin dəyişməsinə təsir göstərmişdir.
Şübhəsizdir ki, ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşmasında 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanan Birgə Bəyannamə əhəmiyyətli rol oynamış, məhz bundan sonra Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Son zamanlar ABŞ-nın yüksək çinli rəhbərləri ilə aparılan intensiv dialoq, qarşılıqlı səfərlər, verilən açıqlamalar, Prezident İlham Əliyevin Davosda ABŞ Prezidenti ilə təkbətək görüşü, Azərbaycanın ABŞ Prezidenti tərəfindən Sülh Şurasına dəvət edilməsi göstərir ki,Azərbaycan artıq regional gücdən qlobal proseslərdə söz sahibi olan dövlətə çevrilməkdədir. Fikrimizcə, fevral ayının 10-da ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakıya səfərinə də məhz bunöqteyi nəzərdən yanaşmaq lazımdır.
Fevralın 10-da "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya"- nın imzalanması göstərir ki, ölkələrimiz arasında münasibətlər institusional mərhələyə keçmişdir. Hesab edirik ki, qeyd edilən “Xartiya” iki ölkə arasında gələcək ikitərəfli münasibətlərin gedişatını müəyyən edən, Azərbaycanın regionda liderliyini təsbit edən və onun dünyada mövqeyini möhkəmləndirən, regionumuzun geosiyasi xəritəsini yenidən cızan möhtəşəm, strateji sənəddir.
“Xartiya” bütövlükdə geniş və əhatəli bir sənəddir. Ancaq, fikrimizcə, qısaca olaraq onun tarixi əhəmiyyətini aşağıdakı kimi səciyyələndirmək olar. Birincisi, “Xartiya” regional liderliyin, rəqəmsal transformasiyanın və hərbi-strateji etimadın konkret yol xəritəsidir. Onun birinci strateji hədəfi regional nəqliyyat xətlərinin genişləndirilməsi və Azərbaycanın qlobal bir tranzit qovşağı kimi mövqeyini daha da gücləndirməkdir. Bu çərçivədə TRIPP təşəbbüsünə və Orta Dəhlizə sadəcə iqtisadi layihələr kimi baxmaq olmaz. Bu, həm də regionun yeni geosiyasi siması kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında yaradılacaq maneəsiz bağlantı bu strategiyanın ən mühüm həlqəsidir.
Azərbaycanın quru, dəniz və hava nəqliyyatını bir mərkəzdən idarə etməsi, gömrük işlərini asanlaşdırması və beynəlxalq qaydaları tətbiq etməsi ölkəmizin tranzit imkanlarını dayanıqlı və gəlirli bir biznes modelinə çevirir. Bu prosesdə söhbət təkcə malların daşınmasından getmir, eyni yollarla həm də enerji xətlərinin və sürətli internet kabellərinin çəkilməsi infrastrukturun müasir dövrə uyğun yeniləndiyini göstərir. Bu yanaşma sübut edir ki, Azərbaycan artıq sadəcə yolların kəsişdiyi bir məkan deyil, həm də gələcəyin rəqəmsal və enerji layihələrinə rəhbərlik edən güclü bir mərkəzdir. “Xartiya” iki ölkə arasındakı iqtisadi münasibətləri sadəcə ənənəvi ticarət və mal mübadiləsi səviyyəsində saxlamır, onları ən müasir texnoloji modernləşmə müstəvisinə daşıyır.
İkincisi, “Xartiya”da nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın beynəlxalq arenadakı obrazını da kökündən dəyişəcək, onun artıq yalnız ənənəvi enerji ixracatçısı kimi deyil, həm də regionun əsas rəqəmsal və texnoloji tranzit mərkəzi kimi çıxış etmək imkanını artıracaq.
Üçünüsü, ABŞ ilə strateji tərəfdaşlıq iki ğlkə arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır. “Xartiya” təkcə hərbi sahəni deyil, həm də insanların təhlükəsizliyini ön plana çıxarır. ABŞ-nin süni intellektlə işləyən ən yeni minatəmizləmə texnologiyalarını Azərbaycana verməsi bunun sübutudur.
Qısaca desək, “Strateji Tərəfdaşlıq Xartiyası” yalnız ikitərəfli münasibətlərin formal hüquqi sənədi deyil, həm də Azərbaycanın regiondakı liderliyini, ABŞ ilə strateji əməkdaşlığını və regionumuzun geoiqtisadi və təhlükəsizlik arxitekturasında rolunu normativ şəkildə təsbit edən tarixi bir sənəddir. Əminliklə söyləmək olar ki, “Xartiya”da nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın siyasi-iqtisadi və hərbi gücünun getdikcə artırılmasına imkan və zəmin yardacaqdır. Uğurlar, AZƏRBAYCAN!