Günay Ağamalı qalmaqallı seçkidə sədr seçildi

Günay Ağamalı qalmaqallı seçkidə sədr seçildi
Ana Vətən Pariyasının bu gün keçirilən qurultayında yeni sədrin adına aydınlıq gəlib.
GunAz.az-ın əldə etdiyi məlumata görə, qurultayda millət vəkili Günay Ağamalı partiya sədri seçilib.
Qeyd edək ki, sabiq deputat, AVP sədri Fəzail Ağamalı partiyanın bundan öncəki qurultayında istefa verdiyini açıqlamışdı. Sözügedən qurultay sədrliyə namizəd Elçin Ağamalının iştirakı ilə qalmaqalla yadda qalmışdı.
Belə ki, F.Ağamalı Günay Ağamalının namizədliyini dəstəklədiyini, Elçin Ağamalı isə qurultay iştirakçılarının ona səs verdiyini bildirmişdi. Bundan sonra tərəflər arasında gərginlik yaşanmışdı.
скачать dle 12.1
Geri qayıt