Azərbaycanla Naxçıvan arasında nəqliyyat mütləq TƏMİN OLUNACAQ

Azərbaycanla Naxçıvan arasında nəqliyyat mütləq TƏMİN OLUNACAQ
Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi təmin olunacaq.
GunAz.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, TRİPP layihəsi regionda sülhün konkret və praktik addımlarla möhkəmlənməsinə xidmət edir:
“Layihə Ermənistan ərazisindən multimodal tranzit əlaqələrinin yaradılmasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsini və Transxəzər ticarət marşrutuna inteqrasiyanı nəzərdə tutur.
Bu proses ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri çərçivəsində həyata keçiriləcək və Ermənistan sülh gündəmindən imtina etməyəcək”.
скачать dle 12.1
Geri qayıt