Müstəqilliyimizin qoruyucusu – AZƏRBAYCAN XALQI

Müstəqilliyimizin qoruyucusu – AZƏRBAYCAN XALQI
Teyyub Qənioğlu
                                                                                                                                   Siyasi şərhçi
Söhbət müstəqiiliyin qorunmasından gedirsə, heç birçətinliyə baxmayaraq,  
Azərbaycan xalaqı daim öz dövlətinin yanındadır!
            Yer kürrəsində çoxsaylı xalqlar, millətlər  yaşayırlar, müxtəlif qitələrdə, regionlarda məskunlaşıblar.Səhf etmirəmsə, onlardan yalnız 202-nin böyük, orta və kiçik hesab ediləcək dövlətləri vardır. Ancaq, bu dövlətlərin heç də hamısını  “süveren”, “müstəqil” adlandırmaq mükün deyil.  Təbiidir ki, “müstəqillik” nisbi anlayışdır. Xarici əlaqələrə, xüsusilə geniş siyasi, ticari-iqtisadi, hərbi əlaqələrə, malik olan dövlətlər arasında  müəyyən qarşılıqlı asılılıq da mövcuddur və  bu əlaqələrin səviyyəsi artdıqca qarşılıqlı asılılıq da artır, nəticədə mənfelərin qarşılıqlı  nəzərə alınması zərurəti yaranır ki, bu da “müstəqillik” səviyyəsinə müəyyən təsir göstərir. Reallıq bundan ibarətdir ki, dünyada bərqərar olmuş mövcud şəraitdə  yalnız öz fəaliyyətlərini- daxili və xarici siyasətlərini- BMT-nın, ATƏT-in  məlum prinsipləri əsasında həyata keçirən, dövlətlərarası münasibətlərdə bərabərhüquqluluğu, mənfelərin qarşılıqlı nəzərə alınmasını nəzərdə tutan, heç kəsin daxili işlərinə qarışmayan və öz dövlətinin daxili işlərinə qarışmağa imkan verməyən, kimsənin diqtəsinə məhəl qoymayaraq müstəqi siyasət yürüdən dövlətlər müstəqil hesab edilə bilər. Qeyd edilən əlamətlər baxımından müstəqil hesab edilən azsaylı dövlətlərdən biri də AZƏRBAYCANDIR! Ancaq, təəssüf ki, reallıqda bəzi dövlətlər, xüsusilə özlərini “böyük” hesab edənlər, “əlaqələrdə mənfelərin qarşılıqlı  nəzərə alınmasına”  deyil, öz mövqelərinin nəzərə alınmasına üstünlük verirlər, bunu diqtə etməyə səy göstərirlər və bu alınmadıqda müxtəlif təsir vasitələrindən:  embarqo, sanksiya tətbiq etmək, hərbi təcavüzə məruz qoymaq kimi vasitələrə əl atırlar. Bu da alınmadıqda hədəfə aldıqları dövlətlərindaxilində narazılıq, vətəndaşla dövlət arasında uçurum yaratmaq, ölkədə sosisl-siyasi gərginlik  formalaşdırmaqla dövlət çevrilişləri üçün münbit şərait yaratmaqvə s. kimi üzdəniraq metodlardan istifadə edirlər və bu zaman daxildəki milli dönüklərdən, milli satqınlardan istifadə edirlər: onları təşkilatlandırırlar, təlimatlandırırlar və maliyyəyələşdirilər.
            Öz dövlət müstəqilliyini bərpa etdikdən sonra  müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan, təəssüf ki, müxtəlif dövlətlər, o cümlədən bəzi qonşu dövlətlər, xüsusilə də, özünün imperiya, təcavüzkar siyasətindən əl çəkmək istəməyən Rusiya tərəfindən, dəfələrlə bu cür  təzyiqlərə məruz qalmışdır. Azərbaycanı öz təsir dairəsində saxlamağa, onu vassal, sözəbaxımlı dövlətinə çevirməyə çalışan Rusiya buna nail olmadıqda ermənilərin əli ilə torpaqlarımızı işğal etmiş, 30 ilə yaxın müddətdə onun işğaldan azad edilməsinə imkan verməmiş, bu da azmış kimi, cənubda mənfur, üzdəniraq “Talış -Muğan Respublikası”, şimalda “Sadval” hərəkatı yaratmaqla seperatizmi dəstəkləmiş, ərazilərimizin bölünməsinə cəhd etmişdir. Bunların da bir nəticə vermədiyini görən Rusiya daxildə formalaşdırdığı rusiyapərəst dönüklər, “5-ci kalon” təmsilçiləri, vasitəsilə Azərbaycana təzyiq etmək üçün millilikdən uzaq olan  üzdənirq “Milli Şura” formalaşdırmış, onun maliyyə ilə təmin edilməsi üçün Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının təmsil olunduğu “Milyaderlət İttifaqını” yaratmışdı.  Kremildə hazırlanan “Milli Şura” layihəsinin məqsədi “Milyaderlər İttifaqı” ilə inteqrasiya əsasında Prezident İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq, ölkədə mövcud Konstitusiya quruluşunu dəyişdirmək, iki illik  keçid hökuməti  yaratmaq, Azərbaycanda Rusiyapərət rejim formalaşdırmaq olub.    
Mən   vətənpərvər, öz dövlətini sevən bir vətəndaş, siyasətçikimi “Milli Şura” yaradılan zamandan etibarət orada təmsil olunanlar, bu üdəniraq “Şuranın” zərərli fəaliyyəti barədə mövqeyimi dəfələrlə bildirmişəm (maraqlananlar aşağıdakı saytlara baxaraq bunun şahidi ola bilərlər: https://reyting.az/siyaset/32575-daha-bir-partiya-milli-shurada-bash-verenleri pisledi; “https://gunaz.az /siyaset/64992-millilikden-uzaq-olanlar.html”; https://yenixeber.org/manset/94213-milli-suranin-ozfealiyyetine-bir-nece-soz.html; https://sesqazeti.az/news/politics/887615.html və s.). 
Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fədakar fəaliyyəti sayəsində  Rusiya “Milli Şura” layihəsini həyata keçirə bilməsə də, hər şeydən göründüyü kimi, heç vaxt ondan vaz keçməmiş, sadəcə taktikasını dəyişmiş, əsas diqqətini dövlət çevrilişinin həyata keçirilməsinə zəmin yaratmaq üçün ölkəmizdə mövcud olan sosial-siyasi sabitliyin pozulması, vətəndaş-dövlət qarşıdurmasının yaradılması üçün “5-ci kalon” təmsilçilərinə təlimatlar vermişdir. Son  illər ölkəmizdə baş verən hadisələrin təhlili göstərir ki, hakimiyyətin yüksək sturukturlarında  yerləşdirilmiş bəzi milli dönüklər vahid mərkəzdən aldıqları təlimatlara uyğun olaraq  həyata keçirdikləri “fəaliyyətləri” sahəsində  cəmiyyətdə müəyyən qədər narazılıq yaradılmasına nail olmuşlar. Minlərlə zəhmətkeşin əmək pensiyasını almasına əngəl yaradan “Pensiya haqqında” qanunun qəbul edilməsini, minlərlə pensiyaçının  illərlə aldığı pensiyadan müxtəlif bəhanələrlə məhrum edilməsini, vətənin azadlığı uğrunda həyatını təhlükəyə atan, bəzi hallarda sağlamlığını itirən qaziyə 80 manat verilməklə gənclərdə vətənpərvərlik hissinin formalaşmasına mənfi təsir edilməsini,  illərlə fəaliiyət göstərən  əməkçiyə 320 manat pensiya, qocalığa görə  pensiyaya çıxana 220 manat, milyona yaxın əməkçiyə minimum 400 manat əmək haqqı verilməsini, elektrik enerjisinə, təbii qaza limit tətbiq edilməsini, işıq və qazdan istifadə etməsə də, müəyyən məbləğdə ödəniş edilməsinin tələb edilməsini, ailələrə uşaq pulu verilməsindən imtina edilməsini, günbəgün artan süni qiymət artımlarının qarşısının alınmamasını, müxtəlif bəhanlələrlə, heç bir əsaslandırma olmadan nəqliyyatda gediş haqqının,  benzinin qiymətinin artırılmasını, müxtəlif süni qadağaların tətbiq edilməsini,  səhiyyə sahəsində baş verən özbaşınalıqları, evlərdə, hətta tibb məntəqələrində xəstələrə iynə vurulmasının qadağan edilməsini, iynə vurdurmaq üçün xəstələrin hər gün on kilometrlərlə məsafə qət edərək rayon mərkəzi xəstəxanalara getməyə məcbur edilməsini, təhsil sahəsində aparılan yanlış kadr siyasətinin təhsilə vurduğu zərərləri, müəllimlərin, alimlərin nüfuzdan salınmasını, addımbaşı cərimələrin tətbiq edilməsini və mütəmadi olaraq onların və rüsumların səviyəsinin artırılmasını, məmur özbaşınalığını,  fəaliiyət göstərən ticarət və xidmət obyektlərinə vergi xitmətlərinin əməkdaşları tərəfindən aylıq qeyri-qanuni haqların qoyulmasını və s. nə ilə əsaslandırmaq olar? Bütün bunlar ölkəmizdə süni qarşıdurma yaratmağa xidmət etmirmi? Kimlərdir bü cür “fəaliyyətlərə” rəvac verənlər? Yüksək vəzifə tutan, aldıqları təlimatlara uyğun olaraq “fəaliyyət göstərən” milli dönüklər  deyilmi? Prezident İlham Əliyev məmurları vəzifəyə təyin edəndə ilk taşırığı o olur ki, sizin əsas vəzifəniz millətə layiqincə xidmət etməkdir. Ancaq məmurların müəyyən qismi Prezidentin bu tapşırığını qulaq ardına vurur, onun tapşırıqlarını yox,  vəzifəyə təyin edilməsi üçün onların namizədliyini Prezidentə tövsiyə edənlərin tapşırıqlarını həyata keçirirlər. Bir qisim məmur da elə hesab edir ki, Prezident o obyekti onun şəxsi mülkiyyətinə verib, istədiyini edə bilər, həyata keçirdiyi ilk addıma da öz adamlarını vəzifələrə yerləşdirməkdən başlayır, nəticədə ayrı-ayrı müəssisələrdə, sonda cəmiyyətdə narazılıqlar artır. 
Təbiidir ki, ölkəmizdə baş verən hadisələr Rusiyadan da izlənilir. Prezident  İlham Əliyevə təzyiq göstərə bilməyəcəyinə,onun rəhbərliyi ilə dövlətimizin müstəqi siyasət yürütməsinin qarşısını ala bilməyəcəyinə əmin olan Rusiyada elə hesab etdilər ki, artıq Azərbaycanda narazılıqlar artıb, dövlət çevrilişinin həyata keçirilməsi üçün  zəmin yaranıb və “düyməni basdılar”- çevriliş edin! göstərişini verdilər, Ramiz Meydiyev də hərəkətə keçdi! Ancaq Rusiya və onun güvəndiyi milli dönüklər nəzərdən qaçırıblar ki, Azərbaycan çox güclü dövlətdir, onun güclü DTX-ti vardır, söhbət dövlətimizin müstəqilliyinin qorunmasından gedirsə, heç bir  çətinliyə baxmayaraq,  xalaq daim öz dövlətinin yanındadır! 
Biz, hər bir Azərbaycan vətəndaşı qəti inanırıq ki, dövlət çevrilişinə  cəhd edənlər heç vaxt istədiklərinə nail ola bilməyəcəklər, qanun qarşısında mütləq cavab verəcək və layiq olduqları cəzaları alacaqlar. Və Prezident İlham Əliyev nəinki qanun pozuntularına rəvac verən, çevrilişə cəhd edən məmurlara, eləcə də onları vəzifəyə tövsiyə edənlərə, layiq olduqları müvafiq cəzaları verəcək, yuxarıda qeyd edilən və vətəndaşı dövlətdən narazı salan halların tədricən aradan qaldırılması üçün müvafiq göstərişlərini verəcəkdir.
Yaşasın müstəqil, süveren AZƏRBAYCAN  DÖVLƏTİ!
                                                                                                                                08.12.2025
скачать dle 12.1
Geri qayıt