Tehranın kölgəsi çəkilir: İraq milli SİYASƏTƏ QAYIDIR

Tehranın kölgəsi çəkilir: İraq milli SİYASƏTƏ QAYIDIR

Səddamdan sonrakı boşluq və İranın yüksəlişi başladı, tarixi konteksdə Səddam Hüseyn rejiminin süqutundan sonra İraqda yaranan siyasi və təhlükəsizlik boşluğunu İran bu boşluqdan istifadə edərək, xüsusilə şiə qruplaşmalar üzərindən nüfuzunu sürətlə artırdı. Xüsusilə maliyyə, hərbi və siyasi dəstək verərək artırdı.

GunAz.az bildirir ki, Hazırda vəziyyət dəyişir. rəsmi bağdadın və hətta bəzi İranla əlaqəli qruplar Tehrandan uzaqlaşır.

 Bağdadın "Tərəfsiz Milli Siyasəti" İraq hökumətinin xarici siyasətdə milli maraqları önə çəkir, tərəfsizliyə əsaslanan xətt yürütməyə başlayıb.

Səbəblər: Ölkənin suverenliyinin bərpası, İraqın ABŞ-İran, Səudiyyə-İran kimi regional gərginliklərin zərbə meydanına çevrilməsinin qarşısını almaq cəhdi, beynəlxalq ictimaiyyətdən daha çox dəstək qazanmaq istəyi, regional vasitəçilik rolu, Körfəz ölkələri ilə əlaqələrin inkişafı, İraq ərazisində xarici hücumların pislənməsi, İran təsirli qruplaşmaların uzaqlaşması

 Niyə əvvəllər İrana sadiq olan qruplar indi uzaqlaşır?

 İraq ictimaiyyətinin xarici təsirə (xüsusən İrana) qarşı artan narazılığı, bu qrupların İraq siyasətində öz maraqlarını təmin etmək üçün "İraqçı" kimliyini önə çıxarması zərurəti, bəzi qrupların Tehrandan asılılığı azaltmaq cəhdləri, müəyyən qrupların İraq hökumətinə dəstəkdə İranın istəklərini rədd etməsi və ya Bağdadın xəttini müdafiə etməsi.

Əsasən İraqıın qarşıdurmalardan qorumaq faktoru var. Əsas təhlükə İran-Amerika və İran-İsrail qarşıdurmalarının İraq ərazisinə daşınması riski, Milli Təhlükəsizlik baxımından Bağdadın tərəfsizliyinin və qrupların Tehrandan uzaqlaşmasının İraqın bu zərbələrdən yayınması üçün necə bir "qoruyucu qalxan" rolu oynaması, İraq hökumətinin öz ərazisindən qonşu ölkələrə hücumların qarşısını almaq üçün səyləri olub.

 İraq gələcəyini, suveren dövlət kimi özünü təsdiqləməsi yolunda atılan ciddi addımlarda görür.

 Proses hələ davam edir, İraqın daxili birliyi və milli siyasəti gücləndikcə Tehranın təsirinin daha da zəifləyəcəyi proqnozlaşdırılır.

Bilman İSAQ


скачать dle 12.1
Geri qayıt