Prezident: "Mühüm nəticə Zəngəzur dəhlizinin açılmasıdır"

Prezident:  "Mühüm nəticə Zəngəzur dəhlizinin açılmasıdır"
"Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır".
GunAz.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında söyləyib.
"Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir", - deyə dövlətimizin başçısı əlavə edib.
"Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir".
Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında deyib.
1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı gələn il birinci Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edib.
Bilman İSAQ
скачать dle 12.1
Geri qayıt